AFFA-nın baş katibi Londonda AVRO-2020-nin loqosunun təqdimat mərasimində iştirak edəcək

AFFA-nın baş katibi Londonda AVRO-2020-nin loqosunun təqdimat mərasimində iştirak edəcək Səfər İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında baş tutub
Futbol
21 Sentyabr , 2016 16:09
AFFA-nın baş katibi Londonda AVRO-2020-nin loqosunun təqdimat mərasimində iştirak edəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün İngiltərə paytaxtında yerli futbol assosiasiyasının təşkilatçılığı ilə Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Londonun loqosunun təqdimat mərasimi keçiriləcək. "Report"un məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edəcək.

Baş katib İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında səfərə yollanıb.

Qeyd edək ki, Londonda Avro-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək. Qitə turnirinin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi