40 yaşlı Françesko Totti: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm"

40 yaşlı Françesko Totti: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm" "Heç vaxt baş məşqçilərə təzyiq göstərməmişəm"
Futbol
27 Sentyabr , 2016 17:15
40 yaşlı Françesko Totti: Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm

Bakı. 27 sentyabr. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun futbolçusu Françesko Totti 40 illik yubileyi münasibətilə müsahibə verib. 

"Report"un məlumatına görə, "Sky İtalia"ya danışan kapitan heç vaxt baş məşqçilərə təzyiq göstərmədiyini bildirib. 

F.Totti komandanın sükanı arxasına keçənlərə hörmətlə yanaşdığı, onların təyinat və göndərilmələrində rolunun olmadığını vurğulayıb: "Heç vaxt baş məşqçilərə təzyiq göstərməmişəm. Təbii ki, diskussiyalarımız olub. Amma hər gün yox. Bunlar da olmasaydı, anormallıq sayılardı. Heç bir baş məşqçini qovub-gətirməmişəm. Hər zaman kollektivin bir hissəsi olmuşam və klubun getdiyi istiqamətdə hərəkət etmişəm". 

Canlı əfsanə 40 yaşında yalnız futbolu yox, daha qlobal düşünməyə başladığını söyləyib: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övlada sahibəm. Düşüncələrimin yarısı ailə, yarısı futbolla bağlıdır".

Qeyd edək ki, Françesko Totti bütün karyerasını "sarı-qırmızılar"ın heyətində keçirib. Bu müddətdə "Roma"da 15-dən çox baş məşqçi dəyişib. Hazırda komandaya Luçano Spaletti rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi