Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatında son oyununu keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatında son oyununu keçirəcək Rəqib Finlandiya yığması olacaq
Futbol
7 Oktyabr , 2016 15:20
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatında son oyununu keçirəcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

"Report"un məlumatına görə, rəqib Finlandiya yığması olacaq.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Helsinki şəhərindəki “Töölön Jalkapallostadion”da meydana çıxacaq.

9 oyundan 8 xal toplayan yığma 7-ci qrupun 4-cü pilləsində qərarlaşıb. Komanda son oyunda qalib gələcəyi təqdirdə qitə turnirini 11 xalla başa vuracaq. Lakin bu qələbə yığmanın irəliləməsinə kömək etməyəcək. Çünki ən yaxın rəqib olan Finlandiyanın aktivində 12 xal var. Bu halda Azərbaycanla eyni xala sahib Rusiya qarşıdakı 2 oyunda 3 xal toplaya bilməsə, yığma turniri 4-cü pillədə bitirəcək.

Buna baxmayaraq, U-21 yığması sabahkı matçda qələbə qazanacağı təqdirdə tarixi nəticəyə imza atacaq. Bu yaş qrupundan ibarət millinin seçmə mərhələlərdə ən çox xalı 9 olub.

Avropa çempionatı, seçmə mərhələ, IX tur

19:30. Finlandiya U-21 – Azərbaycan U-21

Baş hakim: Peter Kjaesgaard-Andersen

Baş hakimin köməkçiləri: Henrik Sonderby, Jakob Bille

Dördüncü hakim: Sandi Putros

UEFA nümayəndəsi: Tomas Karpavicius (Litva)

Hakim-inspektor: Albano Janku (Albaniya)

Helsinki. "Töölön Jalkapallostadion"

Qeyd edək ki, yığma keçirdiyi 8 oyunda 2 qələbə (Farer adaları, 1:0. Rusiya, 3:0) qazanıb və 2 dəfə (Rusiya, 2:2. Farer adaları, 1:1) heç-heçə əldə edib. Komanda 5 oyunda (Avstriya, 0:2; 0:7. Almaniya, 0:3; 1:3. Finlandiya, 0:1) məğlub olub.

Son xəbərlər

Orphus sistemi