2018-ci il dünya çempionatının təqvimi təsdiqlənib

2018-ci il dünya çempionatının təqvimi təsdiqlənib Təqvim püşkatma vaxtı açıqlanacaq
Futbol
18 Mart , 2015 16:20
2018-ci il dünya çempionatının təqvimi təsdiqlənib

Bakı. 18 mart. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının təqvimi təsdiqlənib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko məlumat verib.

Lakin o, təqvimi açıqlamayıb. Mutkonun sözlərinə görə, bu, iyulun 25-də keçiriləcək seçmə qrup mərhələsinin püşkatma mərasimində baş verəcək.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində və 12 stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi