20 yaşadək futbolçuların çempionatında meydana 13 yaşlı hücumçu daxil olub

20 yaşadək futbolçuların çempionatında meydana 13 yaşlı hücumçu daxil olub Dembele "Seltik"dəki komanda yoldaşı Cek Ayçisonu əvəzləyib
Futbol
4 Oktyabr , 2016 11:10
20 yaşadək futbolçuların çempionatında meydana 13 yaşlı hücumçu daxil olub

Bakı. 4 oktyabr. REPORT.AZ/ 13 yaşlı hücumçu Karamoko Dembele 20 yaşadək futbolçular arasında keçirilən Şotlandiya çempionatının "Seltik" - "Harts" matçında meydana daxil olub. "Report"un məlumatına görə, Dembele "Seltik"dəki komanda yoldaşı Cek Ayçisonu əvəzləyib.

Görüş onun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, yeniyetmə forvardın U-20 komandasında debüt matçı olub.

Qeyd edək ki, Karamoko Dembelenin "Seltik"in əsas komandasında çıxış edən Belçika yığmasının yarımmüdafiəçisi Mussa Dembele ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, Kot d-İvuar əsillidir. İrlandiyanın paytaxtı Dublində bu yay keçirilmiş nüfuzlu "Sent Kevin Boyz" turnirində diqqəti cəlb edib. 

Son xəbərlər

Orphus sistemi