​17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Macarıstana yenə uduzub

​17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Macarıstana yenə uduzub Görüş 1:0 hesabı ilə başa çatıb
Futbol
25 Fevral , 2016 12:49
​17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Macarıstana yenə uduzub

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. "Report"un məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda macarıstanlı həmyaşıdları ilə qarşılaşıb.

Bayıl stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar 2 gün öncə də üz-üzə gəliblər. Həmin oyunda Macarıstanın U-17 komandası 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi