17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək Rəqib Avstriya yığmasıdır
Futbol
27 Oktyabr , 2016 11:04
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Avstriya yığması olacaq.

Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçiriləcək.

İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda hazırda qrupun sonuncu pilləsində yer alıb.

20:00. Azərbaycan U-17 - Avstriya U-17

Baş hakim: Petur Raynert (Farer adaları)

Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)

Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)

UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)

Hakim-inspektor: Cerard Perri (İrlandiya)

Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi