​Məşqçilər Komitəsi Tuyqun Nadirovla görüşəcək

​Məşqçilər Komitəsi Tuyqun Nadirovla görüşəcək Görüşdə Məşqçilər Komitəsinin klublardakı idman direktorları ilə görüşdə qaldırılan məsələlər müzakirə olunacaq
Futbol
20 Dekabr , 2014 11:13
​Məşqçilər Komitəsi Tuyqun Nadirovla görüşəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan Məşqçilər Komitəsinin üzvləri Klublar Komitəsinin sədri Tuyqun Nadirovla görüşəcəklər. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, görüş dekabrın 22-də saat 13:00-da keçiriləcək. Tədbirdə Məşqçilər Komitəsinin klublardakı idman direktorları ilə görüşündə qaldırılan məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Məşqçilər Komitəsi daha öncə klublara AFFA tərəfindən təyin olunmuş idman direktorları ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi