Türkiyədə oyun zamanı 17 yaşlı hakim ölüb

Türkiyədə oyun zamanı 17 yaşlı hakim ölüb Halil Berke Aygün infarkt keçirib
Futbol
7 Mart , 2016 11:00
Türkiyədə oyun zamanı 17 yaşlı hakim ölüb

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyənin Balıkesir bölgəsində həvəskarlardan ibarət "Gündoğan Çeltikspor" və "Bostancıspor" komandaları arasındakı oyun zamanı 17 yaşlı yan xətt hakimi dünyasını dəyişib. "Report"un məlumatına görə, hadisə süni örtükdə keçirilən görüşün 32-ci dəqiqəsində baş verib.

Hakimliyə namizəd Halil Berke Aygün anidən özünü pis hiss edərək, yerə yıxılıb. Stadionda həkimlər olmadığından, təcili yardım çağırılıb. Həkimlərin ilkin yardımından sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin hakimin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Halil Berke Aygün xəstəxanaya aparıldıqdan sonra oyun davam etdirilib. "Üzümlüspor" və "Göbelspor" komandaları arasındakı növbəti qarşılaşmanın startı ərəfəsində isə hakimin ölüm xəbəri gəlib. Nəticədə matç təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi