Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.
Futbol
27 Aprel , 2024 15:17
Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.

Bunu “Report”a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: “Adana Dəmirspor” klubu ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq. Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.

Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, "Qalatasaray"da Muslera var”.

Son xəbərlər

Orphus sistemi