"Sabah" braziliyalı futbolçu ilə müqavilə bağlayıb

"Sabah" braziliyalı futbolçu ilə müqavilə bağlayıb “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Kristian da Silva Fil bundan sonra komandamızın uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.
Futbol
3 Fevral , 2022 19:09
Sabah braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kristian da Silva Fil bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

33 yaşlı oyunçu yeni komandasında 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian da Silva Fil karyerası ərzində ölkəsinin “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Onun son komandası Portuqaliya "Koimbra"sı olub.

Son xəbərlər

Orphus sistemi