Ronaldu son 8 ildə ən məhsuldar mövsümünü keçirir

Ronaldu son 8 ildə ən məhsuldar mövsümünü keçirir Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun hücumçusu Kriştiano Ronaldu son 8 ildə ən məhsuldar mövsümünü keçirir.
Futbol
6 May , 2024 11:51
Ronaldu son 8 ildə ən məhsuldar mövsümünü keçirir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu son 8 ildə ən məhsuldar mövsümünü keçirir.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda “Əl-Vahda” ilə oyunda (6:0) het-trik etdiyi oyundan sonra forvardın hesabında 45 qol var.

Futbolçu buna qədər 2015/2016 mövsümündə İspaniyanın "Real" klubunun heyətində çıxış edərkən 51 qol vurmuşdu. Səudiyyə Ərəbistanında mövsümün davam etdiyini nəzərə alsaq, Ronaldu bu rekordu yeniləyə bilər.

Qeyd edək ki, 39 yaşlı hücumçu 2023-cü ilin yanvarında “Əl-Nəsr”lə müqavilə imzalayıb. "Əl-Vahda" üzərində qələbədən sonra Ronaldunun komandası Səudiyyə Ərəbistanı çempionatında 74 xalla ikincidir. Lider "Əl-Hilal"ın hesabında 83 xal var.

Son xəbərlər

Orphus sistemi