Robin van Persi Niderland klubunun baş məşqçisi olacaq

Robin van Persi Niderland klubunun baş məşqçisi olacaq Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin “Herenven” klubunu çalışdıracaq.
Futbol
30 Aprel , 2024 17:50
Robin van Persi Niderland klubunun baş məşqçisi olacaq

Niderland millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin “Herenven” klubunu çalışdıracaq.

“Report” AD nəşrinə istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar.

40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. “Herenven” Niderland çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Robin van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça” klublarının şərəfini qoruyub. Məşqçi kimi “Feyenoord”un gənclərdən ibarət komandasını çalışdırıb.

Son xəbərlər

Orphus sistemi