“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib

“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib "Real" keçmiş futbolçusu Marselonun oğlu Enzo Alveşlə yeni müqavilə imzalayıb.
Futbol
2 May , 2024 13:49
“Real” keçmiş futbolçusunun oğlu ilə müqaviləni yeniləyib

İspaniyanın "Real" klubu braziliyalı keçmiş futbolçusu Marselonun oğlu Entso Alveşlə yeni müqavilə imzalayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilə qədər uzadılıb.

Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda fərqlənməyi bacarıb.

Qeyd edək ki, Entsonun atası Marselo hazırda Braziliyanın “Fluminense” klubunda çıxış edir.

Son xəbərlər

Orphus sistemi