Qrizmann 7 ildən sonra ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək

Qrizmann 7 ildən sonra ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək "Xoruzlar" martın 23-də Almaniya, 3 gün sonra Çili ilə üz-üzə gələcək
Futbol
19 Mart , 2024 14:28
Qrizmann 7 ildən sonra ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək

İspaniyanın "Atletiko" klubunda çıxış edən Antuan Qrizmann 2017-ci ildən bəri ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək.

"Report"un məlumatına görə, hücumçu topuğundakı zədə ucbatından Almaniya və Çiliyə qarşı yoldaşlıq matçlarında iştirak etməyəcək.

32 yaşlı forvard 2017-ci ildən indiyədək yığmada ardıcıl 84 matçda meydana çıxıb və heç bir görüşü buraxmayıb.

Qeyd edək ki, "xoruzlar" martın 23-də Almaniya, bundan 3 gün sonra isə Çili ilə üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi