"Qəbələ"nin meneceri hakimi təhqir etdiyi üçün cəzalanıb, klub 4000 manat cərimələnib

"Qəbələ"nin meneceri hakimi təhqir etdiyi üçün cəzalanıb, klub 4000 manat cərimələnib AFFA İntizam Komitəsi "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.
Futbol
18 Aprel , 2024 12:41
Qəbələnin meneceri hakimi təhqir etdiyi üçün cəzalanıb, klub 4000 manat cərimələnib

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. "Qəbələ"nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi