"Qalatasaray" 37 yaşlı sabiq hücumçusunu geri qaytarıb

"Qalatasaray" 37 yaşlı sabiq hücumçusunu geri qaytarıb Türkiyə "Qalatasaray"ı sabiq futbolçusu Bafetimbi Qomisi transfer edib.
Futbol
2 Fevral , 2022 16:37
Qalatasaray 37 yaşlı sabiq hücumçusunu geri qaytarıb

Türkiyə "Qalatasaray"ı sabiq futbolçusu Bafetimbi Qomisi geri qaytarıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi fransalı hücumçunun keçidini sosial şəbəkələrdə yayımladığı video ilə açıqlayıb.

37 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Bafetimbi Qomis 2017/2018 mövsümündə də "Qalatasaray"ın formasını geyinib. Təcrübəli futbolçu son olaraq Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi