PSJ Luis Enrikeni komandada saxlamaqda maraqlıdır

PSJ Luis Enrikeni komandada saxlamaqda maraqlıdır Fransanın PSJ klubunun rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır.
Futbol
30 Aprel , 2024 17:32
PSJ Luis Enrikeni komandada saxlamaqda maraqlıdır

Fransanın PSJ klubunun rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır.

"Report" "L'Equipe"yə istinadən xəbər verir ki, parislilər ispaniyalı mütəxəssislə müqavilə müddətini uzatmaq istəyirlər.

Rəhbərlik onunla yeni, uzunmüddətli layihə həyata keçirməyi düşünür.

L.Enrikenin müqavilə müddəti 2025-ci ilin yayında başa çatır. Yeni anlaşma imzalansa, 53 yaşlı mütəxəssis klub idarəetməsində daha çox hüquqlar əldə edəcək.

Qeyd edək ki, PSJ cari mövsüm vaxtından əvvəl Fransa çempionu olub və UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib. Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunluq qarşıdurmanın nəticəsindən asılı olmayacaq.

Son xəbərlər

Orphus sistemi