Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb 

Premyer Liqa: "Səbail" – "Kəpəz" matçında məhsuldar bərabərlik qeydə alınıb  Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.
Futbol
14 Aprel , 2024 18:34
Premyer Liqa: Səbail – Kəpəz matçında məhsuldar bərabərlik qeydə alınıb 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunları çərçivəsində "Səbail" "Kəpəz"lə qarşılaşıb.

"Report" xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçirilib.

Gərgin mübarizə şəraitində keçən matçda məhsuldar heç-heçə qeydə alınıb. Gəncəlilər fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. Lakin Şahin Diniyevin komandası ikinci hissədə geridönüş edərək 3:2 hesabı ilə önə keçib. Oyunun sonuna artırılan dəqiqələrdə isə bərabərlik qolunu vuran "Kəpəz" futbolçuları yekun hesabı müəyyənləşdiriblər - 3:3.

Bu nəticənin ardından bakılılar xal ehtiyatını 39-a, "sarı göylər" isə 31-ə çatdırıb.

Qeyd edək ki, turun son matçında "Sabah" evdə "Qarabağ"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi