Premyer Liqa: "Qarabağ" bu gün "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Qarabağ" bu gün "Sumqayıt"ı qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
Futbol
29 Sentyabr , 2023 09:00
Premyer Liqa: Qarabağ bu gün Sumqayıtı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

"Report" xəbər verir ki, açılış oyununda "Qarabağ" evdə "Sumqayıt"la üz-üzə gələcək.

"Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağdam klubu 13 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 8 xalla yeddinci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

VIII tur

20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi