“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
Futbol
5 Fevral , 2022 15:48
“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

Qeyd edək ki, fevralın 7-də oynanılacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi