Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib

Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də ayın ən yaxşı oyunçusu seçilib.
Futbol
3 May , 2024 09:47
Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də ötən ayın ən yaxşı oyunçusu seçilib.

"Report"un MLS-in mətbuat xidmətinə istinadən məlumatına görə, 36 yaşlı superulduz apreldə meydana çıxdığı 4 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatını “İnter Mayami"nin digər hücumçusu Luis Suares qazanıb.

Son xəbərlər

Orphus sistemi