Mbappe Useyn Boltun yarış təklifini qəbul edib

Mbappe Useyn Boltun yarış təklifini qəbul edib PSJ-nin hücumçusu Kilian Mbappe əfsanəvi yamaykalı atlet Useyn Boltun onunla yarışmaq təklifini qəbul edib.
Futbol
6 May , 2024 16:57
Mbappe Useyn Boltun yarış təklifini qəbul edib

PSJ-nin hücumçusu Kilian Mbappe əfsanəvi yamaykalı atlet Useyn Boltun onunla yarışmaq təklifini qəbul edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 8 qat olimpiya çempionu bir müddət öncə dünyanın ən sürətli futbolçularından sayılan Mbappeni yarışa dəvət edib.

Mbappe sürpriz açıqlamanı özünün adını daşıyan KM fondunun tədbirində verib: "Mən də belə başa düşürəm ki, heç bir şansım yoxdur".

Qeyd edək ki, məşhur sprinter 100 metr məsfəni 9,58 saniyə rekordla qət edib. Mbappe isə 100 metri 10,9 saniyəyə qaça bilir.

Son xəbərlər

Orphus sistemi