"Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb

"Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb İngiltərənin "Mançester Yunayted" klubunun heyətində sağlam müdafiəçi qalmayıb.
Futbol
6 May , 2024 09:49
Mançester Yunayteddə sağlam müdafiəçi qalmayıb

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində sağlam müdafiəçi qalmayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 36-cı turunda baş tutan "Kristal Pelas"la oyunda Harri Maquayr da zədələnib. Futbolçunun qalan matçlarda meydana çıxa bilməyəcəyi açıqlanıb. Maquayrdan sonra Mançester təmsilçisinin sağlam müdafiəçisi qalmayıb.

Qeyd edək ki, Rafael Varan və Conni Evans əzələ zədələri səbəbindən oynamır. Lisandro Martines aprelin əvvəlində bud nahiyəsində yaranan gərginlik səbəbindən məşqlərə qoşula bilmir. Viktor Lindelöf da eyni nahiyədən zədə alıb.

Digər müdafiəçi Villi Kambval aprelin sonlarında zədələnib. "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq daha əvvəl bu mövqedə yarımmüdafiəçi Kazemironu oynatmışdı.

Son xəbərlər

Orphus sistemi