İtaliya klubu baş məşqçisi ilə yollarını ayıracaq

İtaliya klubu baş məşqçisi ilə yollarını ayıracaq İtaliyanın “Milan” klubu cari mövsümün sonu baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.
Futbol
23 Aprel , 2024 11:47
İtaliya klubu baş məşqçisi ilə yollarını ayıracaq

İtaliyanın “Milan” klubu cari mövsümün sonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “rossonyerilər” artıq yeni baş məşqçi axtarışına başlayıb.

İtaliya A Seriyasının XXXIII turunda “İnter”ə 1:2 hesablı məğlubiyyət "Milan" rəhbərliyinin fikrini qətiləşdirib.

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında Milan təmsilçisinə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/2022 mövsümünü çempion olaraq başa vurub.

Son xəbərlər

Orphus sistemi