Fransa komandasına yeni baş məşqçi təyin olundu

Fransa komandasına yeni baş məşqçi təyin olundu Fransanın "Marsel" futbol komandasının baş məşqçi postuna Xorxe Sampaoli təyin olunub.
Futbol
27 Fevral , 2021 00:47
Fransa komandasına yeni baş məşqçi təyin olundu

Fransanın "Marsel" futbol komandasının baş məşqçi postuna Xorxe Sampaoli təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 60 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin yayınadək bağlanılıb. Çilidən olan mütəxəssis yeni vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.

Sampaoli Braziliya "Atletiko Mineyro"sunda son oyununu fevralın 26-da keçirib. Villaş-Boaş isə "Marsel"i bir neçə həftə öncə tərk edib. Bu komanda Fransa Liqa 1-də 25 oyundan sonra 7-ci pillədə gedir.

Son xəbərlər

Orphus sistemi