Fahrettin Koca: “Nəticədən asılı olmayaraq bu nəcib mövqeni tutmaq lazım idi”

Fahrettin Koca: “Nəticədən asılı olmayaraq bu nəcib mövqeni tutmaq lazım idi” Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da "Başakşehir"in köməkçi məşqçisi Pyer Veboya qarşı irqçiliyə məruz qalmasından sonra komandanın meydanı tərk edərək buna kəskin etiraz bildirməsimə dəstək verib.
Futbol
9 Dekabr , 2020 02:58
Fahrettin Koca: “Nəticədən asılı olmayaraq bu nəcib mövqeni tutmaq lazım idi”
Fahrettin Koca

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca "Başakşehir"in köməkçi məşqçisi Pyer Vebonun irqçiliyə məruz qalmasından sonra komandanın meydanı tərk edərək buna kəskin etiraz bildirməsini təqdir edib.

“Report” xəbər verir ki, nazir bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb.

“Nəticədən asılı olmayaraq bu nəcib mövqeni tutmaq lazım idi. Nəcib duruşa görə "Başakşehir"ə təşəkkür edirəm. Rasizmə yox”, - Səhiyyə naziri yazıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Nəticədə PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı təxirə salınıb.

Qarşılaşma bu gün qaldığı yerdən davam edəcək.

Son xəbərlər

Orphus sistemi