Fabio Kannavaro "Udineze"nin baş məşqçisi olub

Fabio Kannavaro "Udineze"nin baş məşqçisi olub İtaliya A Seriyasında çıxış edən “Udineze” yeni baş məşqçisi Fabio Kannavaro ilə müqavilə imzalayıb.
Futbol
22 Aprel , 2024 17:05
Fabio Kannavaro Udinezenin baş məşqçisi olub

İtaliya A Seriyasında çıxış edən “Udineze” klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib.

O, son olaraq İtaliyanın digər təmsilçisi “Benevento”nu çalışdırıb.

Qeyd edək ki, 32 oyunda 28 xal toplayan "Udineze" turnir cədvəlində 17-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi