Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.
Futbol
6 May , 2024 21:55
Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

"Report" "Madrid Xtra" nəşrinə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi Toni Kroos və Luka Modriçin onun üçün xüsusi oyunçular olduğunu bildirib.

Qeyd edək ki, ötən mövsüm "Borussiya"dan (Dortmund) "Kral klubu"na keçən 20 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 38 matçda rəqib qapılarına 22 qol vurub.

Son xəbərlər

Orphus sistemi