Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri rüşvətə görə ömürlük həbs olunub

Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri rüşvətə görə ömürlük həbs olunub Çin məhkəməsi ölkənin Futbol Assosiasiyasının keçmiş sədri Çen Syuyuanı rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edib.
Futbol
26 Mart , 2024 08:06
Çin Futbol Assosiasiyasının keçmiş rəhbəri rüşvətə görə ömürlük həbs olunub

Çin məhkəməsi ölkənin Futbol Assosiasiyasının keçmiş sədri Çen Syuyuanı rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edib.

"Report"un məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası Hubey əyalətinin Huanşi şəhərinin Xalq Məhkəməsinə istinadən xəbər yayıb.

Çen Syuyuan siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Onun rüşvətxorluqdan əldə etdiyi qanunsuz gəlirlər qanunvericiliyə uyğun olaraq dövlət xəzinəsinə köçürülüb.

Çen Syuyuan 2010-2023-cü illərdə “Shanghai International” şirkətində və Futbol Assosiasiyasında müxtəlif rəhbər vəzifələrdə çalışarkən 81 milyon yuandan (11 milyon ABŞ dolları) çox rüşvət alıb.

Son xəbərlər

Orphus sistemi