Çempionlar Liqası: PSJ "Borussiya"nı qəbul edəcək

Çempionlar Liqası: PSJ "Borussiya"nı qəbul edəcək Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbol
7 May , 2024 09:05
Çempionlar Liqası: PSJ Borussiyanı qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

"Report"un məlumatına görə, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi