Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq

Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. "Report" xəbər verir ki, növbəti oyun günü Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa PSJ-sini sınağa çəkəcək. Hər iki kollekti
Futbol
1 May , 2024 09:23
Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

"Report" xəbər verir ki, bu gün Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.

Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu "Atletiko"dan (Madrid), fransızlar isə "Barselona"dan güclü olub.

"Siqnal İduna Park"da keçiriləcək "Borussiya" - PSJ matçı saat 23:00 başlayacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun

1 may

23:00. “Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında "Real" (Madrid) səfərdə "Bavariya" ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi