Braziliyalı futbolçu mövsümün sonunda İtaliya klubundan ayrılacaq

Braziliyalı futbolçu mövsümün sonunda İtaliya klubundan ayrılacaq İtaliyanın “Latsio” klubunun futbolçusu Felipe Anderson klubdan ayrılacağını açıqlayıb.
Futbol
16 Aprel , 2024 16:58
Braziliyalı futbolçu mövsümün sonunda İtaliya klubundan ayrılacaq

Braziliyalı futbolçu Felipe Anderson cari mövsümün sonunda İtaliyanın “Latsio” klubundan ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

Roma təmsilçisi ilə müqavilə müddətini uzatmayacaq yarımmüdafiəçi yeni mövsümdən etibarən başqa klubda çıxış edəcək.

Qeyd edək ki, Felipe Anderson cari mövsüm 44 oyunda meydana çıxıb. O, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi