"Baku Fire"nin baş məşqçisi: İkinci yer də mənim üçün çempionluğa bərabərdir

"Baku Fire"nin baş məşqçisi: İkinci yer də mənim üçün çempionluğa bərabərdir İkinci yer də mənim üçün çempionluğa bərabərdir.
Futbol
7 May , 2024 17:07
Baku Firenin baş məşqçisi: İkinci yer də mənim üçün çempionluğa bərabərdir

İkinci yer də mənim üçün çempionluğa bərabərdir.

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan Kubokunun finalında "Araz-Naxçıvan"a uduzan "Baku Fire"nin baş məşqçisi Teymur Eyvazov deyib.

Mütəxəssis matçın çox gərgin keçdiyini söyləyib: "Hər iki komanda Azərbaycan Kubokuna sahib olmaq istəyirdi. Bunu meydanda gedən mübarizədən görmək olardı. Keçən mövsüm ölkə kubokunun sahibi oımuşduq. Bu mövsüm də titulu qoruyub saxlamaq istəyirdik. Amma rəqib güclüdürsə, bu çox çətindir. Komandam oyuna tam hazır idi. Belə keçəcəyini bilirdik. Meydançadakı hadisələr bəzən bizim xeyrimizə olmurdu. Uşaqlardan çox razıyam. Finala, çempionluğa layiq oyun göstərdilər. İkinci yer də mənim üçün çempionluğa bərabərdir".

Qeyd edək ki, final görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Son xəbərlər

Orphus sistemi