Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək

Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq
Futbol
18 Aprel , 2024 10:43
Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi