Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür

Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.
Futbol
27 Aprel , 2024 09:03
Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

"Report" xəbər verir ki, ilk oyun günündə turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaqlar.

"Bank Respublika Arena"da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Krunoslav Renduliçin komandası 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi