Azərbaycan Premyer Liqası: "Kəpəz" Tovuzda "Sumqayıt"la heç-heçə edib

Azərbaycan Premyer Liqası: "Kəpəz" Tovuzda "Sumqayıt"la heç-heçə edib Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
Futbol
4 May , 2024 18:24
Azərbaycan Premyer Liqası: Kəpəz Tovuzda Sumqayıtla heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

“Report” xəbər verir ki, turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.

“Kəpəz” “Sumqayıt”ı qəbul edib. Tural Qurbanovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub.

“Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.

Bu gün, saat 19:30-da turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı başlayacaq.

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi