Azərbaycan millisinin məşqçisi "Zirə" - "Neftçi" oyunu ilə bağlı proqnozunu açıqlayıb

Azərbaycan millisinin məşqçisi "Zirə" - "Neftçi" oyunu ilə bağlı proqnozunu açıqlayıb Matçın heç-heçə başa çatacağını düşünürəm
Futbol
20 Aprel , 2024 10:46
Azərbaycan millisinin məşqçisi Zirə - Neftçi oyunu ilə bağlı proqnozunu açıqlayıb

Matçın heç-heçə başa çatacağını düşünürəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın XXXI turunda bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis bu görüşün hər iki tərəf üçün vacib olduğunu bildirib: "Qarşılaşma barədə nəsə demək çox çətindir. "Zirə" son vaxtlar qələbələr, xallar qazanmaqla durumunu yaxşılaşdırıb. Komandanın yüksəlişdə olduğunu düşünmək olar. "Neftçi"də isə qeyri-sabitlik sual doğurur. "Zirə" nəticə baxımından ehtiyatlı oyuna üstünlük verə bilər. Onların qapanması "Neftçi"yə çətinlik yaradacaq".

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun saat 19:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi