Azərbaycan millisinin məşqçisi: Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar

Azərbaycan millisinin məşqçisi: Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar Hakimlər verdikləri yanlış qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar.
Futbol
19 Aprel , 2024 11:59
Azərbaycan millisinin məşqçisi: Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar

Hakimlər səhv qərarlarla məşqçilərin taleyi ilə oynamamalıdırlar.

Bunu “Report”a Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Premyer Liqada hakim idarəçiliyi ilə bağlı danışan təcrübəli mütəxəssis ədalət təmsilçilərini diqqətli olmağa çağırıb: “Referilərin bir qərarı görüşlərin nəticəsi ilə yanaşı, məşqçilərin də gələcəyinə təsir edir. Buna nümunə olaraq 28-ci turun "Sumqayıt" - "Araz Naxçıvan" görüşündə qonaqların qapısına təyin olunan şübhəli penalti qərarını göstərə bilərəm. Həmin penalti qolla nəticələndi və komanda uduzdu. Növbəti həftə naxçıvanlılar "Neftçi"yə qalib gələ bilmədilər və baş məşqçi Azər Bağırov istefa verdi. Bu, hakimlərin təcrübəsizliyindən irəli gəlir. Sabah eyni problemlə "Sumqayıt" da üzləşə bilər".

A.Əsədov bu gün XXXI tur çərçivəsində baş tutacaq “Turan Tovuz” – “Sumqayıt” matçında hakim idarəçiliyinin şəffaf olacağına inandığını söyləyib. O, həmçinin görüşün əhəmiyyəti barədə danışıb: “Qonaqlar meydan sahiblərini 2 xal qabaqlayırlar. Qərb təmsilçisi qələbə qazanarsa, turnir cədvəlində ciddi dəyişikliklər olacaq. Ayxan Abbasovun komandası bir qədər daha şanslı görünür. Çünki doğma meydanda oynayırlar və tovuzlu azarkeşlərin dəstəyini hiss edəcəklər. "Turan Tovuz" son oyunlarda yaxşı nəticələr göstərir”.

Son xəbərlər

Orphus sistemi