Azərbaycan millisinin Türkiyə çempionu olan futbolçusu: İzah edə bilməyəcəyim bir duyğu yaşayıram

Azərbaycan millisinin Türkiyə çempionu olan futbolçusu: İzah edə bilməyəcəyim bir duyğu yaşayıram İzah edə bilməyəcəyim bir duyğu yaşayıram.
Futbol
7 May , 2024 10:40
Azərbaycan millisinin Türkiyə çempionu olan futbolçusu: İzah edə bilməyəcəyim bir duyğu yaşayıram

İzah edə bilməyəcəyim bir duyğu yaşayıram.

Bunu “Report”a açıqlamasında “Qalatasaray”ın qadınlardan ibarət komandasının heyətində Türkiyə çempionu olan Azərbaycan millisinin futbolçusu Kristina Bakarandze deyib.

Hücumçu bunun ilk çempionluğu olduğunu bildirib: “Son oyun yaxşı, həyəcanlı keçdi. Bizə çətin olacağını bilirdik. Amma komandada çempionluq atmosferi vardı. “Qalatasaray” kimi bir komanda ilə çempion olduq. Bu, ilk çempionluğumuzdur. İnanılmaz bir duyğu içindəyəm. Komanda yoldaşlarımla qürur duyuram. Bizə inanıb dəstək verənlərin hamısına da “çox sağ ol” deyirəm. Qol vurmasam da, hər şey yaxşı keçdi”.

Qeyd edək ki, “Qalatasaray” XXX - sonuncu turda “ALG Spor”a 2:0 hesabı ilə qalib gələrək Türkiyə çempionu olub.

Son xəbərlər

Orphus sistemi