Azərbaycan millisinin futbolçusu: İlk çempionluğumu "Qalatasaray"da yaşadığım üçün çox xoşbəxtəm

Azərbaycan millisinin futbolçusu: İlk çempionluğumu "Qalatasaray"da yaşadığım üçün çox xoşbəxtəm İlk çempionluğumu burada yaşadığım üçün çox xoşbəxtəm.
Futbol
7 May , 2024 11:12
Azərbaycan millisinin futbolçusu: İlk çempionluğumu Qalatasarayda yaşadığım üçün çox xoşbəxtəm

İlk çempionluğumu burada yaşadığım üçün çox xoşbəxtəm.

Bunu “Report”a açıqlamasında“Qalatasaray”ın qadınlardan ibarət komandasının heyətində Türkiyə çempionu olan Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlak bildirib.

“Qalatasaray”a uşaqlıqdan azarkeşlik etdiyini deyən 30 yaşlı yarımmüdafiəçi komandasının son görüşdə yüksək səviyyədə oynadığını vurğulayıb: “Çempionluğun taleyi son oyuna qalmışdı. 90 dəqiqə ərzində çox həyəcanlı idik. Komanda yüksək səviyyədə mübarizə apardı. Yaxşı oyunla qələbə qazandıq və buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, “Qalatasaray” XXX - sonuncu turda “ALG Spor”a 2:0 hesabı ilə qalib gələrək Türkiyə çempionu olub.

Son xəbərlər

Orphus sistemi