Azərbaycan millisinin baş məşqçisi: Heyətə yeni futbolçular cəlb etmək fikrimiz var

Azərbaycan millisinin baş məşqçisi: Heyətə yeni futbolçular cəlb etmək fikrimiz var Yığmaya yeni futbolçular cəlb etmək fikrimiz var.
Futbol
7 May , 2024 14:58
Azərbaycan millisinin baş məşqçisi: Heyətə yeni futbolçular cəlb etmək fikrimiz var

Yığmaya yeni futbolçular cəlb etmək fikrimiz var.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev qarşıdakı planlarla bağlı danışarkən deyib.

O, iyundan təlim-məşq toplanışına başlayacaqlarını nəzərə çatdırıb: “İyunun 1-dən 11-nə qədər təlim-məşq toplanışı olacaq. Həmin vaxt 2 yoldaşlıq matçı keçirəcəyik. İyunun 7-də səfərdə Slovakiya ilə qarşılaşacağıq. Ayın 11-də isə Bakıda Bolqarıstanla oynayacağıq”.

S.Əliyev komandada dəyişiklik ola biləcəyini də vurğulayıb: “Dəyişiklik deyəndə, oyunları izləyirik. Kimlər ki, daha yaxşı formada olacaqlar, onları dəvət edəcəyik. Dəyişiklik ola bilər. Yeni futbolçular cəlb etmək fikrimiz var. Ola bilsin, daha gənc oyunçulardan bir neçəsini dəvət edək. Hələ vaxtımız var, çempionat davam edir, zədəlilər ola bilər. Nəticə həmişə önəmlidir. Baxmayaraq ki, yoldaşlıq matçıdır. Şans verə bilmədiyimiz futbolçuları da yoxlayacağıq”.

Mütəxəssis toplanış siyahısına xarici ölkələrdə çıxış edən futbolçuların adlarını saldıqlarını söyləyib: “Kənarda elə də çox uşaq yoxdur. Amma siyahıya 2-3 nəfərin adını salmışam. Oyunlarını izləyirəm”.

Son xəbərlər

Orphus sistemi