Azərbaycan Kuboku: "Qəbələ" səfərdə "Sumqayıt"a qalib gəlib

Azərbaycan Kuboku: "Qəbələ" səfərdə "Sumqayıt"a qalib gəlib Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbol
2 Fevral , 2022 21:06
Azərbaycan Kuboku: Qəbələ səfərdə Sumqayıta qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son qarşılaşmada "Sumqayıt" evdə "Qəbələ" ilə üz-üzə gəlib.

"Kapital Bank Arena"dakı görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. İkinci hissə tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Komandalar arasında cavab matçı fevralın 13-də Qəbələdə oynanılacaq.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" öz meydanında "Səbail"i darmadağın edib - 4:0. Dünən keçirilmiş matçlarda isə "Qarabağ" evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Sabah"la bərabərə qalıb.

Son xəbərlər

Orphus sistemi