Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" klubları heç-heçə ediblər

Azərbaycan Kuboku: "Neftçi" və "Sabah" klubları heç-heçə ediblər Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti oyunu keçirilib.
Futbol
1 Fevral , 2022 21:40
Azərbaycan Kuboku: Neftçi və Sabah klubları heç-heçə ediblər

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, günün son matçında "Neftçi" "Sabah" klubunu qəbul edib.

"Bakcell Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Voislav Stankoviç açıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Coy-Lens Mikels qoyub.

Bu oyunda "Neftçi"nin yeni transferləri - qapıçı İvan Brkiç, müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və Azər Əliyev "ağ-qaralar"da rəsmi debüt ediblər.

Komandalar arasında cavab qarşılaşması fevralın 12-də Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq.

Qeyd edək ki, 1/4 finalın açılış oyununda "Qarabağ" "Keşlə"ni minimal hesabla məğlub edib - 1:0. Bu raundun ilk matçlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi