Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçuları açıqlanıb

Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçuları açıqlanıb UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbol
8 Aprel , 2022 17:20
Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçuları açıqlanıb

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report" xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Ansqar Knauff layiq görülüb.

20 yaşlı oyunçu evdə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə baxımlı qola imza atıb.

UEFA Konfrans Liqasında isə bu ada Fransanın "Marsel" klubunun hücumçusu Dimitri Payet sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi