Almaniyalı mütəxəssis yenidən "Bavariya"nın baş məşqçisi ola bilər

Almaniyalı mütəxəssis yenidən "Bavariya"nın baş məşqçisi ola bilər Bu, hazırda Almaniya millisinə rəhbərlik edən Yulian Nagelsmanndır
Futbol
13 Aprel , 2024 11:35
Almaniyalı mütəxəssis yenidən Bavariyanın baş məşqçisi ola bilər

Almaniyanın "Bavariya" klubunda Tomas Tuxelin gedişindən sonra baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, bu, hazırda Almaniya millisinə rəhbərlik edən Yulian Naqelsmanndır.

Münhen təmsilçisinin idman direktoru Maks Eberl 36 yaşlı alman mütəxəssisi yenidən komandaya qaytarmaq istəyir.

Qeyd edək ki, Yulian Naqelsmann 2021-2023-cü illərdə "Bavariya"nın "sükanı arxasında" olub. O, klubdan ayrıldıqdan sonra yığmada işləyir. Hazırkı Almaniya çempionu daha əvvəl mövsümün sonunda Tomas Tuxellə vidalaşacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi