AFFA hakimləri təhqir edən "Karvan"ın futbolçusunu cəzalandırıb

AFFA hakimləri təhqir edən "Karvan"ın futbolçusunu cəzalandırıb AFFA İntizam Komitəsi "Karvan" klubunun futbolçusu Budaq Nəsirovu 4 oyunluq cəzalandırıb.
Futbol
10 May , 2024 13:52
AFFA hakimləri təhqir edən Karvanın futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi "Karvan" klubunun futbolçusu Budaq Nəsirovu 4 oyunluq cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onun I Liqanın XXV turunun “Şamaxı” (0:3) ilə səfər oyununda hakimləri təhqir etməsi səbəb olub.

Qarşılaşmanın 10-cu dəqiqəsində birbaşa qırmızı vərəqə almaqla meydandan qovulan B.Nəsirov komandasını 300 manat ziyana salıb.

“Mingəçevir” – “Zaqatala” oyununun (0:0) 90-cı dəqiqəsində qonaqların baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 150 manat cərimələnib.

“İmişli” – “Qaradağ Lökbatan” matçının (0:0) 42-ci dəqiqəsində meydana atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində 10 dəqiqə fasilə yarandığına görə bölgə klubu həm 500 manat cərimələnib, həm də xəbərdarlıq alıb. "İmişli" meydana kənar şəxs daxil olduğu üçün isə 80 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi