Bu ağrı ilə yarışmaq ürəkaçan deyil.
"Report" xəbər verir ki, bu sözləri "Formula 1" pilotu Karlos Sayns "Sky Sports"a açıqlamasında bildirib.
"Ferrari" pilotu zədəsini sağaltmamış yarışlara qayıtmayacağını deyib: "Məşq etməyimə baxmayaraq, yarışlara tam hazır deyiləm. Əlbəttə, bərpa olunmadan yarışlara qatılmaq axmaqlıq olar. Bunun üçün bir neçə günə ehtiyacım olacaq. Ağrılı şəkildə bolid içində olmaq asan deyil. Sən belə olan halda rəqiblərinlə yanaşı, daxilində olan ağrı ilə də mübarizə aparmalı olursan".
Saynsın martın 22-24-də Melburnda keçiriləcək Avstraliya Qran-prisində iştirakı sual altındadır. Onun aprelin 5-7-də Yaponiyada gerçəkləşəcək yarışa qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, appendisit əməliyyatı keçirən Karlos Sayns Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Qran-prini də buraxmışdı.