"Formula 1" üzrə Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub.
"Report"un məlumatına görə, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub.
“Mercedes”in britaniyalı sürücüsü Luis Hemilton ikinci, Ferstappenin meksikalı komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Çin Qran-prisində əsas yarış aprelin 21-də baş tutacaq.