Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” - VİDEO

Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” - VİDEO “Mauqli” ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirib və qalib gəlib
Fərdi
27 Oktyabr , 2014 17:56
Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” -  VİDEO

Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü bu ilin dekabr ayında ABŞ-da keçirə bilər.

"Report"un məlumatına görə, Z.Səmədova döyüş keçirilməsi üçün digər təkliflər də gəlib.

Təkliflər arasında gələn ilin fevral-mart aylarında Dubay şəhərində keçiriləcək V “Global Fighting Championship” (GFC) adlı turnirə dəvət də var. Hansı ki, “Mauqli” ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirib və qalib gəlib. Döyüş oktyabrın 16-da Dubay şəhərində baş tutub.

“Bu döyüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabı ilə uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, sözün düzü tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik” - deyə, Zabit Səmədov bildirib.

Hazırda istirahət edən Z.Səmədov iki həftədən sonra məşqlərə başlayacaq.

Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini 2013-cü ilin may ayında “Leqenda” turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçirib və inamlı qələbə qazanıb. Belə ki, Z.Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra “Pisoğlan” ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.

Son xəbərlər

Orphus sistemi